Bayramlarla əlaqədar qeyri-iş günləri açıqlandı Az

Bayramlarla əlaqədar qeyri-iş günləri açıqlandı2012-ci il dekabrın 31-dən 2013-ci il yanvarın 3-nə kimi qeyri-iş günü olacaq.

Yeni il bayramı və Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə əlaqədar Azərbaycanda 3 günün qeyri-iş günü olacaq. Azərbaycan Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətindən verilən məlumata görə, Nazirlər Kabinetinin bu günlərdə qəbul edəcəyi qərarla Azərbaycanda 2012-ci il dekabrın 31-dən 2013-ci il yanvarın 3-nə kimi qeyri-iş günü olacaq.

"Dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəylik Günü, yanvarın 1-i, 2-si isə Yeni il bayramıdır. 

Dekabrın 30-u bazar gününə düşdüyü üçün qeyri-iş günü olacaq. Dekabrın 29-u şənbə gününə düşür. Elə yerlər var ki, orada şənbə günü iş günü olmur. Həmin yerlərin əməkdaşları üçün 5 gün qeyri-iş günü olacaq. Lakin şənbə günü işləyənlər adi qaydada çalışacaqlar", - deyə mətbuat xidmətinin məlumatında deyilir.