Avtomobillərə texniki baxış haqqında hər şey Az

Avtomobillərə texniki baxış haqqında hər şeyAzərbaycan Respublikasında qeydiyyatda olan bütün nəqliyyat vasitələrinə "Yol hərəkəti haqqında" Qanunun 30-cu maddəsinin altıncı hissəsində qeyd olunduğu kimi ildə bir dəfə texniki baxış keçirilir.

Hüquqi və fiziki şəxslərə məxsus (Azərbaycan Respublikası Silahlı Qüvvələrindən və digər birləşmələrdən başqa), respublika ərazisində daimi və müvəqqəti qeydiyyatda olan, mühərrikinin işçi həcmi 50 kub/sm və daha çox, konstruktiv maksimal sürəti saatda 50 km-dən artıq olan bütün tipli, markalı və modelli mexaniki nəqliyyat vasitələrinə, onların qoşqularına (yarımqoşqularına) ildə bir dəfə yanvar ayının 1-dən oktyabr ayının 31-dək olan müddətdə nəqliyyat vasitələrinin markaları nəzərə alınmaqla texniki baxış keçirilir;
     
"VAZ” markalı avtomobillər üçün: 01 yanvardan 01 maya qədər;
    
"Qaz”, "Moskviç”, "ZAZ”, "UAZ” və digər MDB istehsalı olan minik avtomobilləri üçün: 01 maydan  01 iyula qədər;

Yük avtomobilləri və avtobuslar üçün: 01  iyuldan 01 sentyabra qədər;

Xarici dövlətlərdə (MDB dövlətləri istisna olmaqla) istehsal edilmiş minik avtomobilləri üçün: 01 sentyabrdan 31 oktyabra qədər.

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 154.1. maddəsinə müvafiq olaraq nəqliyyat vasitələrinin sahibləri və ya sürücüləri tərəfindən müəyyən edilmiş qaydada və müddətdə (müddətin son tarixi texniki baxış talonunun üzərində dəlik vasitəsilə qeyd olunur) nəqliyyat vasitəsinin dövlət qeydiyyatından və texniki baxışdan keçirməməyə və ya dövlət qeydiyyatından keçirilmiş nəqliyyat vasitəsi icarə müqaviləsi, etibarnamə əsasında başqa şəxsə verildikdə onu təkrar dövlət qeydiyyatından keçirməməyə, yaxud nəqliyyat vasitəsinin geri qaytarılması barədə öhdəçiliyə əməl etməməyə, eləcə də nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsinin rəsmiləşdirilməsi və ya girov qoyulması qaydalarının pozulmasına görə -  fiziki şəxslər otuz manat miqdarda, vəzifəli şəxslər qırx manatdan yetmiş manatadək miqdarda cərimə edilir.

Texniki baxışdan keçirilmə üçün vəsait

Azərbaycan Respublikasında qeydiyyatda olan bütün nəqliyyat vasitələrinə "Yol hərəkəti haqqında" Qanunun 30-cu maddəsinin altıncı hissəsində qeyd olunduğu kimi ildə bir dəfə texniki baxış keçirilir. Nəqliyyat vasitəsinə texniki baxış keçirilməsi üçün:

- mühərrikin işçi həcmi 2000 kub sm-ə qədər olan minik avtomobilləri üçün hər kub sm görə 1qəpik, 2000 kub sm-dən çox olan minik avtomobilləri üçün 20 manat+ mühərrikin  həcminin 2000 kub sm-dən çox hissəsi üçün hər kub sm-ə görə 2 qəpik yol vergisi tutulur, əlavə olaraq avtonəqliyyat vasitələrinə xidmətlərin göstərilməsi üçün 10 manat dövlət rüsumu ödənilir.

Nəqliyyat vasitəsinin sahibləri (səlahiyyətli şəxs), onlara məхsus nəqliyyаt vаsitələrini teхniki bахış tаlonundа  müəyyən edilən vахtdаn gec olmаyаrаq (müddətin son tarixi texniki baxış talonunun üzərində dəlik vasitəsilə qeyd olunur) dövlət teхniki bахışınа sаz vəziyyətdə təqdim etməyə borcludur; 

Аzərbаycаn Respublikаsının İnzibаti Хətаlаr Məcəlləsinin 154.1 mаddəsinin tələbinə müvаfiq olаrаq, nəqliyyаt vаsitələrinin sаhibləri və yа sürücüləri tərəfindən müəyyən edilmiş qаydаdа və müddətdə nəqliyyаt vаsitəsini teхniki bахışdаn keçirməməyə görə, fiziki şəхslər 30 mаnаt miqdаrındа, vəzifəli şəхslər 40 mаnаtdаn 70 mаnаtаdək miqdаrdа cərimə edilirlər.

Minik avtomobillərinin şüşələrinin tündləşdirilməsi

"Yol Hərəkəti Haqqında” Azərbaycan Respublikası Qanununun 1 saylı Əlavəsində sürücünün görünüş dairəsini məhdudlaşdıran, şüşənin şəfaflığını korlayan hər hansı formada və ölçüdə örtüklər (plyonka, pərdə) çəkilməsi nəqliyyat vasitəsinin istismarının qadağan edilməsinə əsas olan nasazlıqlar kimi müəyyən edilmişdir.

Bu Qanunun tələblərinə əsasən, işıq buraxma qabiliyyəti dövlət standartının tələblərinə uyğun olan, yalnız sənaye üsulu ilə hazırlanan rəngli şüşələrin tətbiqinə icazə verilir.

Azərbaycan Respublikası Sandartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin AZS 122-2004 saylı standartına əsasən, minik avtomobillərində sürücü üçün görünüşü təmin edən şüşəsinin işıqburaxma qabiliyyəti aşağıda göstərilən hədlərdən aşağı olmamalıdır:

Küləyə qarşı şüşələr (alın şüşəsi) üçün - 75 %
Küləyə qarşı olmayan qabaq yan şüşələr üçün - 70 %
Küləyə qarşı olmayan arxa yan şüşələr üçün - 60 %

Avtomobillərin arxa şüşəsinin işıqburaxma qabiliyyəti isə sürücünün salondan arxa görüşünü təmin etmək şərti ilə normallaşdırılmır.

"Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununa 1 saylı Əlavənin tələblərinə müvafiq olaraq, hər iki tərəfdə arxanı göstərən xarici güzgülər olduqda minik avtomobillərinin yalnız arxa şüşələrinə örtük (pərdə və plyonka) çəkməyə və ya  sənaye üsulu ilə hazırlanan jalüz asmağa yol verilir. Avtonəqliyyat vasitələrinin işıqburaxma həddi müəyyən edilmiş şüşələrinə örtüklərin (pərdə və plyonkaların) çəkilməsi qadağandır.

Deyerler